» Excluziv Master Forum
» Gərəkli: Whatsapp Pilus | Instagram Pilus
» Axtar yüklə: MP3 | Video | Şəkil
Qədim amerikalılar necə yoxa çıxıb? (24.05.2018 | 10:07)
Urban-Şampeyndəki İllinoys Universitetinin və Yeni Orleandakı Tuleyn Universitetinin alimləri eramızın XIII əsrində yaşamış və kurqanların tikintisi ilə məşğul olmuş qədim amerikalıların yaşayış məskənlərinin qalıqlarını öyrəniblər.

Araşdırmaçılar iddia edir ki, insanların Luiziana sahillərini tərk etməsinə səbəb duzlu suyun şirin su hövzəsinə axması olub.

Xəzinə.NeT xəbər verir ki, bu məlumat İllinoys Universitetinin saytında yerləşdirilib.

Şimali Amerikada qədim insanlar kurqanların tikintisinə eramızdan 4500 il əvvəl başlayıblar. XII əsrdə Missisipi çayının vadisinin aşağı hissəsində Plakemin mədəniyyəti formalaşıb. Qədim amerikalılar yaşamaq üçün zəngin su resurslarına malik əraziləri seçiblər.

Misal üçün, Missisipi çayının deltasında yerləşən “Grand Caillou”da 500 insan yaşayırdı, ancaq vaxt keçdikcə bura xarabalığa çevrildi.

Tədqiqatçılar arxeoloji qazıntılar zamanı tapılmış keramika və izotopların analizlərini aparıblar. Məlum olub ki, kurqanlar üç təbəqədən ibarətdir: üst və alt gil təbəqələri, onların arasında isə möhkəm süxur yerləşib. Bu struktur kurqanın uzunömürlü olmasına gətirib-çıxarıb. Çay çöküntüləri ilə tikilmiş təpə isə təxminən bir metr yüksəklikdə yerləşib.

Araşdırmalar zamanı məlum olub ki, insanlar “Grand Caillou”nu 1400-cü illərdə tərk ediblər.
0 2926 Maraqlı 2 ay öncə
Sosial şəbəkələrdə paylaş
Əsas səhifə
WaP.XeZiNe.NeT

MobTop.az

Created: By_AsiM