» Excluziv Master Forum
» Gərəkli: Whatsapp Pilus | Instagram Pilus
» Axtar yüklə: MP3 | Video | Şəkil
Azərbaycanda vəzifəli şəxsi iş otağında bıçaqladılar (08.08.2018 | 21:18)
Beyləqanda Səhiyyə Nazirliyinin əməkdaşı iş otağında bıçaqlanıb.

WseMir.Com verdiyi məlumata görə, nazirliyin “Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya” Elmi-Təcrübi və Tədris Birliyinin Beyləqan rayon şöbəsinin rəisi Fazil Bayramov dünən günorta saatlarında öz iş otağında rayon sakini Fariz Azadzadə tərəfindən bıçaqlanıb.

Səhiyyə Nazirliyi faktı təsdiq edib.

Məlumatda bildirilib ki, 1989-cu il təvəllüdlü Fariz Azadzadə 2017-ci ilin dekabrın 23-də Beyləqan rayonunda baş vermiş münaqişə zamanı bədən xəsarəti alıb. Beyləqan Rayon Prokurorluğunun qərarı ilə müayinə üçün “MTE və PA” ETT Birliyinin Beyləqan rayon şöbəsinə göndərilib.

Fariz Azadzadənin boyun və sifətinin sol tərəfindən almış olduğu xəsarət həmin dövr üçün sağlamlığa yüngül zərərvurma, bərk küt əşyanın təsirindən törənən digər xəsarətlər isə sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən xəsarətlər kimi qiymətləndirilib.

Ekspertizanın cavabından sonra Fariz Azadzadə iki dəfə Səhiyyə Nazirliyinin “Məhkəmə-Psixiatrik ekspertizalar Mərkəzi”ndə də ambulator qaydada məhkəmə-psixiatrik ekspertizadan keçirilib.

Həmin şəxs ekspertizanın cavabını bəyənməyib və ötən gün Fazil Bayramovun iş otağına daxil olub. Ona yüngül dərəcəli xəsarət yazan həkimə hücum edib, onu öldürəcəyini deyib.

Nəticədə, Bayramovun biri döş qəfəsinə nüfuz etməklə, bədəninin müxtəlif nahiyələrinə bir neçə bıçaq zərbələri endirib. Lakin məhkəmə-tibb ekspertinin fiziki müqaviməti sayəsində F.Azadzadə məqsədinə çata bilməyib və hadisə yerindən qaçıb.

Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda cinayət işi başlanılıb.
0 1315 Son Xəbər 1 həftə öncə
Sosial şəbəkələrdə paylaş
Əsas səhifə
WaP.XeZiNe.NeT

MobTop.az

Created: By_AsiM