» Excluziv Master Forum
» Gərəkli: Whatsapp Pilus | Instagram Pilus
» Axtar yüklə: MP3 | Video | Şəkil
Ölkəyə idxal edilən avtomobillərin sayı açıqlandı (13.09.2018 | 10:51)
Cari ilin yanvar-avqust aylarında ölkəyə ümumilikdə 14 034 ədəd avtomobil idxal olunub.

Bu barədə WseMir.Com-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Məlum olub ki, 2017-ci ilin yanvar-avqust ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 8 372 ədəd və ya 2,5 dəfə artıb.

Ölkəyə gətirilən avtomobillərin 12 525 ədədi (89%-i) adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri olub.

100 ədədi sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 1 332 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 77 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Hesabat dövründə ümumilikdə 553 milyon 722.92 min dollar dəyərində nəqliyyat vəsaitələri və onların hissələrinin idxalı reallaşdırılıb.
0 949 Son Xəbər 1 həftə öncə
Sosial şəbəkələrdə paylaş
Əsas səhifə
WaP.XeZiNe.NeT

MobTop.az

Created: By_AsiM