» Excluziv Master Forum
» Erotik: Videolar | Hekayələr
» Axtar yüklə: MP3 | Video | Şəkil
12.02.2018 Gündəlik Bürclər (12 Fevral 2018 Günlük Bürclər) (11.02.2018 | 20:44)
Qoç - Gələcək perspektivlərinizi reallaşdırmaq istiqamətində tənbəllik edirsiniz. Belə ki, sizə lazım olan bütün gedişləri bildiyiniz halda fəaliyyət göstərmirsiniz. Əzmkarlığınızı artırın.

Buğa - Müntəzəm surətdə təmasda olduğunuz adamların obyektiv rəyləri ilə hesablaşmağa çalışın. Məsləhət almaq ayıb iş deyil. Qazanmaq üçün çoxsaylı şanslarınız da mümkündür.

Əkizlər - İxtiyarınıza elə bir gün verilib ki, yalnız öz gücünüzə güvənməlisiniz. Kənar müdaxilə və məsləhətlər o qədər də önəmli deyil. Günün ikinci yarısını bütünlüklə sevgiyə həsr edin.

Xərçəng - Çoxdan bəri donub qalmış planlarınızı dirçəltmək üçün bəzi şəxslərə müraciət etməyiniz böyük səmərə verə bilər. Saat 14-dən sonra iştirak etdiyiniz bütün görüşlər xeyrinizədir.

Şir - Səhər saatlarında qeyri-ciddi adamların xoşagəlməz rəftarı ilə üzləşə bilərsiniz. Çalışın ki, belə amillər ovqatınızı korlamasın. Nahardan sonra səfərə çıxmağa dəyər.

Qız - Başınızdakı yeni ideyaları reallaşdırmağı bacarsanız, uğurlarınız daha da yaxınlaşacaq. Yeganə narahatçılığınız səhhətlə bağlı ola bilər. Büdcənizi boş məsrəflərə xərcləməyin.

Tərəzi - Maraqlı görüşlər yolunuzu gözləyir. Güman ki, sizi böhranlı vəziyyətdən çıxara bilən insanlarla qarşılaşacaqsınız. Amma belə məqamlarda təmkinli olun ki, sonda gülə biləsiniz.

Əqrəb - İşgüzar və riskli sövdələşmələrdə iştirakınızı təxirə salmağa çalışın. Ən azından bu təqvim deyilən məsələlər üçün önəmli deyil. Gün ərzində dostlarınızla bir yerdə olun.

Oxatan - Bəxtinizə fəaliyyət və yeni əlaqələr üçün ən uğurlu məqamlar düşəcək. Odur ki, mövcud potensialınızdan maksimum bəhrələnin. Müqəddəs yerləri ziyarət etmək yaxşı olardı.

Oğlaq - Məqsədlərinizi həyata keçirməkdə bəzi maneələrlə üzləşsəniz də, günün ümumi mənzərəsi istəyinizə uyğun tərzdə canlanacaq. Büdcənizdə artım da mümkündür, amma səhhətinizi qorumalısınız.

Dolça - Şəxsi işlərinizdə böyük dönüş gözlənilir. Qarşıda duran yarım ay ərzində görəcəyiniz işləri reallığa yaxınlaşdırmaq üçün müttəfiqlərinizlə əlaqələri dərinləşdirməlisiniz.

Balıqlar - Günün ümumi mənzərəsi gərgin olsa da, bunun qarşısını ala bilərsiniz. İlk növbədə səbr nümayiş etdirin. Nahardan sonra isə yalnız istirahət və gəzintilərə meyl edin.
0 20 Bürclər 1 həftə öncə
Sosial şəbəkələrdə paylaş
Əsas səhifə
Created: By_AsiM